Cənubi Qafqaz üzrə Cenevrə müzakirələri tədricən normallaşır - ÖZƏL

"Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitlik üzrə danışıqların Cenevrə müzakirələri formatı tədricən normala qayıdır".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB ölkələri departamentinin direktoru Denis Qonçar bildirib.
"Cenevrə Müzakirələrinin 11-12 iyul raundundan sonra deyə bilərik ki, bu danışıqlar platforması üzərində iş tədricən normala qayıdır. Növbəti raundun 2023-cü ilin dekabrında keçirilməsi və Aİ-nin ilkin səfərlərinin tarixləri barədə razılıq əldə olunub" - deyən Qonçar danışıqların gündəliyinin qorunub saxlanacağını və görüşlərin müntəzəm olaraq keçirilməsini gözlədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31