Qərb çirkin şantaj yoluna əl atır, Ermənistanı Rusiyaya qarşı qoyur - ÖZƏL

"Qərb ölkələri Ermənistanı çirkin üsullarla şantaj edir və ölkəni Rusiya ilə tərəfdaşlığa qarşı yönəldir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB üzrə departamentinin rəhbəri Denis Qonçar bildirib.
Diplomatın sözlərinə görə, bu gün Moskva və İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB), eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində "sıx xarici siyasət koordinasiyası" qurublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31