Rusiya qüvvələri Krımda 13 Ukrayna pilotsuz təyyarəsinin hücumunu dəf edib – ÖZƏL

"Rusiya hava hücumundan müdafiə sistemləri Krım ərazisinə hücum etmək istəyən on Ukrayna pilotsuz təyyarəsini vurub, daha üç pilotsuz uçuş aparatı (PUA) isə elektron döyüş texnikası ilə sıradan çıxarılıb".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.

"Bu gün səhər saatlarında Kiyev rejiminin Krım yarımadasının ərazisindəki obyektlərə pilotsuz uçuş aparatları ilə hücum cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə bölmələri on PUA-nı məhv edib. Düşmənin daha üç pilotsuz uçan aparatı elektron döyüş texnikası ilə susdurulub" - bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31