Şoyqu xüsusi əməliyyat zonasına gedib

Rusiya müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyat zonasında "Mərkəz" qruplaşmasının qabaqcıl komanda məntəqəsinə baxış keçirib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu qruplaşma komandiri general-leytenant Andrey Mordviçevin, komandirlərin və qərargah zabitlərinin vəziyyət, düşmənin hərəkətlərinin xarakteri və RF Silahlı Qüvvələrinin taktiki ərazilərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məruzəsini dinləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31