Ata oğlunu AMANSIZLIQLA öldürdü

73 yaşlı kişi 38 yaşlı oğluna elektrik cərəyanı ilə ölənə qədər işgəncə verib.

Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə Kaluqa vilayətində baş verib.

Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, ata və oğul arasında yaranan mübahisədən sonra qəzəbli kişi 220 V gərginlikli açıq naqilləri oğlunun bədəninin hissələrinə sıxıb. Oğlunda həyat əlamətləri görünməyənə qədər işgəncəni davam edib. Ata həbs olunub.

Hadisə ilə bağlı araşdırma davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31