Ukraynada səhiyyə xidməti göstərən şəxslər körpələri xarici ölkələrə satıblar

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev və Xarkovdakı tibb klinikalarında surroqat analar tərəfindən doğulan uşaqların əcnəbilərə satılması ilə bağlı cinayət sxemini ifşa ediblər.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Qeyd olunur ki, cinayət sxeminin təşkilatçıları tibbi klinikanın rəhbərliyi, klinikanın menecerləri, həkimlər və inzibatçılar olublar.

Cinayətkar qrup yeni doğulan uşaqların surroqat analığın qadağan olunduğu ölkələrdə yaşayan xarici vətəndaşlara pul mükafatı müqabilində satışını həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31