Ukraynada taxıl istehsalı kəskin azalıb- ÖZƏL

2022-ci il fevralın 24-də hərbi münaqişə başlayandan bəri Ukraynada taxıl istehsalı 37% azalıb.
2021-2022-ci illər mövsümündə Ukrayna 86,7 milyon ton taxıl istehsalında pik həddə çatıb. Növbəti mövsümün sonuna məhsul istehsalı 25,6 milyon ton azalaraq 61,6 milyon ton taxıl təşkil edib. Ekspertlər hesab edir ki, Ukraynada taxıl istehsalında mənfi tendensiya davam edəcək. Avqustun 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin sözçünün müavini Fərhan Haq bildirib ki, BMT-də taxıl sazişinin bərpası üçün danışıqların heç bir faydası yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31