Yaponiyada “Xanın” qasırğası səbəbindən daha bir nəfər faciəli şəkildə ölüb- ÖZƏL
3 Avqust 2023 16:16 DünyaYaponiyanın cənubundakı Okinava əyalətində təsirli olan "Xanın" qasırğası nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksələrkən, yaralıların sayı 60-ı keçib.
Yaponiyanın Dövlət Televiziyası NHK-nın xəbərinə görə, Uruma şəhərində yaşayan 89 yaşlı qadın elektrik enerjisinin kəsilməsi səbəbindən evində istifadə etdiyi şamlardan çıxan yanğında həyatını itirib. Səlahiyyətlilər, tayfun səbəbindən əyalətdəki evlərin təxminən yüzdə 20-nin elektrik enerjisinin kəsildiyini, indiyə qədər 2 nəfərin öldüyünü və 60-dan çox insanın yaralandığını bildirdi. Sakinləri yüksək və tufan dalğalarından ehtiyatlı olmağa çağıran səlahiyyətlilər, dəniz səviyyəsindən aşağıda olan ərazilərdə yaşayanları mümkün daşqınlara hazır olmağa çağırıb. Okinavada güclü külək nəticəsində dağılan qarajın altında qalan 90 yaşlı kişi dünən aparıldığı xəstəxanada dünyasını dəyişib. Qasırğa səbəbindən bölgədə uçuşlar təxirə salınıb.