Rusiyanın və dünyanın gələcəyi 2024-cü ildə keçiriləcək prezident seçkilərindən asılı ola bilər - ÖZƏL

"Rusiyada 2024-cü ilin martında keçiriləcək prezident seçkiləri bütün əvvəlki seçkilərdən fərqlənəcək, çünki bu, təkcə ölkənin taleyini deyil, həm də bütün dünyanın gələcəyini müəyyən edə bilər".

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova parlamentin açılış mərasimində deyib. 
"Qarşıdan gələn prezident seçkiləri heç bir əvvəlki seçkilərlə, o cümlədən prezident seçkiləri ilə müqayisə oluna bilməz. Söhbət gedəcəyimiz yolu seçməkdən gedir. Bu gün dövrümüzün imperativini dərk etmək çox vacibdir. Bu seçki təkcə ölkənin taleyini deyil, həm də bütün dünyanın gələcəyini müəyyən edə bilər", - Pamfilova bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31