İranda narkotik cinayətlərinə görə 11 nəfər edam edilib- ÖZƏL

Norveç mərkəzli  İran İnsan Haqları Təşkilatı (IHR) son bir neçə gündə İranda narkotiklə bağlı cinayətlərdə günahlandırılan 11 bəluçun edildiyini açıqlayıb. 

Açıqlamaya görə, bazar və çərşənbə axşamı səhər saatlarında Zahidan mərkəzi həbsxanasında 9-u İran və 2-si Əfqanıstan vətəndaşı olan 11 bəluç asılaraq edam edilib. Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər. 2023-cü ilin əvvəlindən İranda edam olunanların sayı 423 nəfərə çatıb. İranda terror, qətl, zorlama, silahlı soyğunçuluq və narkotik ticarəti kimi cinayətlər ölüm cəzası ilə cəzalandırılır. İran hökuməti 2017-ci ilin aprelində qüvvəyə minən qanunun narkotiklə bağlı cinayətlərə görə cəzaların yüngülləşdirildiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31