“Taliban” insanların musiqiyə qulaq asmaması üçün yeni üsula əl atdı - FOTO

Əfqanıstanın Bədəxşan əyalətində hökumət qüvvələri avtomobillərdən içində mahnılar olan onlarla USB diski toplayıb.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Bununla bağlı Taliban hökumətinin Rifah və Qadağalar Nazirliyindən bildirilib.

"Taliban" sürücülərin şəxsi avtomobillərində musiqi dinləmək üçün bu vasitələrdən istifadə etdiyini və bu səbəbdən disklərin toplandığını açıqlayıb.

Məqaləyə dair fotomateriallar:

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31