Daha bir ölkədə TikTok qadağan edildi
2 Avqust 2023 20:13 DünyaQərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb.
"TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31