Zooparkdakı ayının görüntüləri diqqət çəkdi – Əsldir yoxsa süni?

Çində zooparkda çəkilən görüntülər aləmi bir-birinə vurub.

Olaylar.az haberler-ə istinadla bildirir ki, ayının görüntülərini izləyənlər belə ayının mövcud ola bilməyəcəyini və onun əslində ayı kostyumu geyinmiş insan olduğunu iddia ediblər. Onların sözlərinə görə ayaqüstə dayanan və zooparkı ziyarətə gələn insanlara qəribə baxışlarla nəzər yetirən bu ayılar heç də inandırıcı deyil.

Zoopark rəsmiləri isə iddialara cavab olaraq qeyd ediblər ki, bu ayılar Malaziyadan gətirilib və adı çəkilən cinsə mənsub olan ayılar kiçik ölçülü olurlar. "Əgər həmin ayı kostyum geyinmiş insan olsaydı, 40+ dərəcə istidə çoxdan yerə sərilmişdi. Bu cinsə mənsub ayı balaları yetkin it böyüklüyündə olur" deyə zoopark rəsmiləri vurğulayıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31