"Egey yunan gölü deyil, Türkiyənin də hüquqları var"- ÖZƏL

Yunanıstanın veteran jurnalistlərindən Yorgos Papahristos Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı əsaslı açıqlamalar verib. O, "Egey Yunan gölü deyil. Türkiyənin də haqqı var, 500 kilometr türk sahili eyni dənizlə yuyulur. Nə qədər ki, Egey dənizini özümüz kimi görürük, yaxşı qonşuluq münasibətlərimiz olmayacaq" deyib. 

Olaylar.az xəbər verir ki, Yunanıstan ictimaiyyətində müzakirə yaradan bu açıqlamalar ölkənin aparıcı jurnalistlərindən biri, "Ta Nea" qəzetinin redaktoru, məşhur yunan jurnalisti Yorgos Papahristosa məxsusdur. Belə ki, yunan jurnalist Türkiyə ilə münasibətlərin pisləşməsinə görə məsuliyyətin Yunanıstanın olduğunu açıq şəkildə bildirib. 

Papahristos Türkiyə-Yunanıstan münasibətlərindəki problemlərlə bağlı çox aydın və səmimi ifadələr işlədib. O bildirib ki, ədalət prinsipinə uyğun olaraq Egey dənizinin qərbi Yunanıstan, şərqi isə Türkiyədir. Yunan jurnalist Bulamaç adasını misal çəkib. O, adanın Türkiyədən cəmi dörd yarım kilometr aralıda olduğu halda ərazi sularının 12 milədək uzadılması iddialarını Yunanıstan üçün sadəcə absurd xəyal adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31