Rusiya “taxıl sazişi”nə qayıdacaq?- Peskovdan AÇIQLAMA

"Rusiya tərəfi dəfələrlə taxıl sövdələşməsinə qayıtmağa hazır olduğunu bildirib. Bir şətlə ki, onun maraqları təmin edilsin".

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın BMT-dəki səfirinin Moskvanın sazişi müzakirə etməyə hazır olması barədə bəyanatını belə şərh edib.

"Rusiya nəinki danışıqlara, həm də sövdələşmənin özünə qayıtmağa hazırdır. Və bunu dərhal etməyə hazırdır. Sadəcə, sövdələşmədə Rusiyaya aid olan hissə həyata keçirilməlidir. Bildiyiniz kimi, bu, indiyədək edilməyib", - Peskov bildirib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Rusiyanın "taxıl sazişi" üzrə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreş Rusiyanı sazişə qaytarmaq üçün səy göstərir.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31