Cənubi Koreyada həddindən artıq istilər səbəbindən 23 nəfər ölüb- ÖZƏL

Cənubi Koreyaya təsir edən isti dalğası nəticəsində ölənlərin sayı 23-ə yüksəlib. Seul hökumətinin həddindən artıq istilərlə bağlı etdiyi xəbərdarlıq ən yüksək səviyyədə davam edir.  

Olaylar.az xəbər verir ki, Cənubi Koreyada mövsümi normaları aşan temperaturlar həyata mənfi təsir etməkdə davam edir. Ölkədə həddindən artıq istilər nəticəsində həyatını itirənlərin sayı 23-ə yüksəlib ki, bu da 2022-ci ildəki istilər nəticəsində ölənlərin sayından təxminən 3 dəfə çoxdur. 

İyulun 29-30-da Cənubi Koreyada havanın temperaturunun 35 dərəcəyə çatması, mövsümi normaları aşması səbəbindən 17 nəfər həyatını itirib, 73 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31