Ağ ev Tayvanın silahlanması üçün Ukrayna büdcəsindən pul tələb edəcək- ÖZƏL
2 Avqust 2023 14:20 DünyaABŞ prezidenti Co Bayden Ukraynaya ayrılan əlavə büdcənin bir hissəsi kimi Tayvana silahların maliyyələşdirilməsi üçün Konqresə müraciət etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, Ağ Ev Konqresdən Ukraynaya əlavə büdcə ayırması tələbinin bir hissəsi olaraq Tayvana silah yardımı etməyi xahiş edəcək.
Tələb təsdiqlənərsə, Tayvan ilk dəfə olaraq ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və xarici hərbi maliyyələşdirmə kimi tanınan sistem vasitəsilə silah alacaq.
Ağ Evin bu ay sorğu göndərəcəyi gözlənilir. Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei Vaşinqtonun Tayvana hərbi yardımını Çinin daxili işlərinə ciddi müdaxilə kimi qiymətləndirmişdi. Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri və qərarları Tayvan boğazında sabitliyi və sülhü təhdid edir.