Rusiyanın körfəz və Afrika siyasəti uğurlu olmayacaq

"Rusiya Qərbin sanksiyalarından yayınmaq və beynəlxalq müstəvidə rolunu artırmaq üçün Ərəb və Afrika ölkələri ilə yeni əməkdaşlıq mərhələsinə başlayıb. Bir nüddət bundan əvvəl, Körfəz ərəb ölkələrinin iştirakı ilə Moskvada konfrans təşkil edildi. Rusiya strateji müttəfiqi olan İranın əleyhinə gedərək fars körfəzində üç adanın BƏƏ leyhinə olan qətnaməni dəstəklədi. Rusiya çalışır ki, beynəlxalq izolyasiyanı yarıb, yeni bir qütb formalaşdırmağa çalışır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, V. Putin başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ölkələri siyasi-iqtisadi və ticari əməkdaşlığı inkişaf etdirmək xətti həyata keçirir: "Körfəz ölkələri əsasən, ABŞ-la ciddi siyasi-iqtisadi əməkdaşlığa malikdir. Amma, Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə əlaqələrində müəyyən problemlər yaranıb. Məhz Moskva bundan istifadə edərək, öz mövqeyini gücləndirməyə çalışır. Rusiyanın bu istiqamətdə uğurlu olacağı gözlənilmir. Çünki, ABŞ yenidən aktivləşərək Rusiyanın bu regionda geosiyasi əhəmiyyətinin artıracağını imkan verməyəcək. Tarixi baxımından bu regionda daima ABŞ və Böyük Britaniya aktiv rol oynayıb. Ona görə də yeni geosiyasi şərtlər daxilində Rusiyanın şansları zəifdir. Ona görə də körfəz ölkələri ilə Rusiya arasında əlaqələr strateji-taktiki deyil, müvəqqəti xarakter daşıyır. Rusiya Afrika əlaqələrinə gəldikdə isə, hazırda Afrika ölkələri Fransa başda olmaqla, Qərb ölkələri ilə münasibətlərdə gərginlik yaşanır. Rusiya Mərkəzi Afrika Respublikası, Niger və  Liviyada müəyyən rıçaqlara malikdir. Rusiya Sankt-Peterburda Rusiya-Afrika zirvəsini təşkil etməklə, Qərbə əzələ nümayiş etdirdi. Amma, taxıl sazişindən Rusiyanın çıxması Afrika ölkələrinin Rusiyaya münasibəti müsbət istiqamətdə formalaşmadı.

Rusiyanın Afrika ölkələri ilə əlaqələrində müəyyən irəlləyişlər ola bilər. Afrikanın bir neçə ölkəsinə silah ixracı və yardımları taktiki müstəvidə müsbət ola bilər. Amma, uzun müddətli şəkildə əlaqələrinin inkişafı gözlənilmir. Afrika ölkələri ilə SSRİ vaxtından tarixi münasibətlər var və bu ölkələrin müstəmləkə tarixinə görə Qərbə qarşı mənfi münasibəti mənfidir. Ona görə də  Afrikanın bir neçə ölkəsinin Rusiya ilə əməkdaşlığa üstünlük verməsi mümkündür. Amma, bu regionda Çinlə maraqlarının  toqquşması mümkündür. Çünki,  Çin bir neçə ildir ki, Afrikada iqtisadi yatırımlar edir və güclənməyə çalışır. Çin və Rusiyanın Afrikada toqquşması qaçılmazdır və bu mübarizə Qərbin maraqlarına cavab verir. Rusiyanın uzaq Afrikada və Körfəz regionunda güclənməsi, post-sovet məkanını nəzərindən çıxarmır. Məhz Ukraynaada davam edən müharibənin nəticəsi  post-sovet regionunun taleyinə təsir göstərəcək. Rusiyanın Ukraynada məğlub olması, regionun Rusiyanın getməsi ilə nəticələnəcək. Rusiya Afrika siyasəti isə, beynəlxalq müstəvidə rolunu artırmaq perspektivində deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31