İtaliya öz vətəndaşlarını Nigerdən təxliyə edir- ÖZƏL

Nigerdəki çevrilişdən sonra İtaliya və Fransadan bir-birinin ardınca açıqlamalar gəldi.

Olaylar.az xəbər verir ki, Fransa və İtaliya Nigerdəki çevrilişdən sonra vətəndaşlarını təxliyə ediblər. İtaliya Müdafiə Nazirliyi ölkəyə 99 sərnişinin gəldiyini açıqlayıb. Fransa mediası vətəndaşları daşıyan üç təyyarədən birincisinin Parisə gəldiyini açıqlayıb. Nigerdəki çevrilişdən sonra dünən İtaliya və Fransa ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəlib. İtaliya Müdafiə Nazirliyindən verilən açıqlamada təxliyyə əməliyyatının tamamlandığı bildirilib və "Əməliyyat başa çatıb. Evinizə xoş gəldiniz. Nigeri tərk edən 99 italyan və xarici sərnişin sağ-salamat geri qayıdıb" deyilib. Əməliyyat İtaliya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşlığı ilə aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31