Türkiyədə 10 fabrik yanıb kül oldu
2 Avqust 2023 10:53 DünyaBursada 10 fabrik yanaraq kül olub.
Olaylar.az-ın TurkicWorld-a istinadən məlumatına görə, Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən yanğın kənardakı 9 fabrikə də yayılıb.
Ümumilikdə 10 fabrikin yararsız hala düşdüyü yanğına 400 heyət, 2 yanğınsöndürmə təyyarəsi, 4 helikopter cəlb olunub.
8 saatdan sonra yanğın nəzarətə götürülüb. Yanğından zərər çəkən 14 nəfər xəstəxanaya yerləşdirilib.
"Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən və 10 fabrikin tamamilə yanması ilə nəticələnən yanğın nəzarətə götürülüb. Xəstəxanaya yerləşdirilən 14 nəfərin sağlamlıq vəziyyəti yaxşıdır. İtkilərimiz yoxdur",- deyə İnegöl Bələdiyyə başçısı Alper Taban sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31