Tonoyan 44 günlük müharibədə erməni əsgərlərin fərariliyini etiraf etdi
1 Avqust 2023 16:48 DünyaErmənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibə vaxtı orduda baş verən fərarilik hallarını açıqlayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində bu gün keçirilən iclasında izahat verərkən deyib.
"Baş verən bu cür hadisələrin səbəbləri qorxu və səfərbərlik zamanı çatışmazlıqlar olub, çünki kifayət qədər ağır şəraitdə hərəkət etmək məcburiyyəti olub", - deyə o bildirib.
Xatırladaq ki, David Tonoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın müdafiə naziri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31