Rusiyanın Şərq Döyüş Qrupu iki Ukrayna ordusu qrupunun hərəkətinin qarşısını alıb - ÖZƏL

"Rusiyanın "Şərq Döyüş Qrupu" son 24 saat ərzində Ukrayna silahlı qüvvələrinin iki qrupunun Urojanoye yaxınlığında hərəkətinə mane olub".

Olaylar.az xəbər verir ki, bunu döyüş qrupunun sözçüsü Oleq Çexov bildirib.
"Cənubi Donetsk bölgəsində "Şərq Döyüş Qrupunun" qabaqcıl bölmələri artilleriya dəstəyi ilə Urojanoye yaxınlığında düşmənin hücum qrupu və kəşfiyyat qrupunun hərəkətinin qarşısını alıb. Düşmən itki verərək geri çəkilib", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31