Lui Bono İrəvana gedəcək

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə İrəvana səfər edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.

Qeyd edilib ki, ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31