Rusiya və Çin vizasız turist mübadiləsini bərpa ediblər- ÖZƏL
1 Avqust 2023 14:49 DünyaPrimorsk diyarı hökumətinin mətbuat xidməti Rusiya regionu ilə Çin arasında vizasız qrup turist səfərlərinin bərpa olunduğunu elan edib.
"Rusiya və Çin arasında turistlər üçün vizasız rejim avqustun 1-dən başlayıb. İndi çinli turistlər yenidən Primoryeyə - Səmavi İmperiyaya viza almadan gedə biləcəklər", -deyə məlumatda deyilir.
Primorsk Turizm Agentliyinin rəhbəri Arseni Krepskinin sözlərinə görə, Çindən ilk səyahətçilər çərşənbə axşamı Primorsk diyarına gələcəklər.
Bundan əvvəl Rusiya Səyahət Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkin bildirmişdi ki, rusiyalı turistlər üçün Çinə vizasız rejimin tətbiqi ölkəyə səyahət edənlərin axınının artmasına kömək edəcək. O, bu istiqamətin ruslar tərəfindən bəyənildiyini qeyd edib, lakin viza rejimi ilə ölkəyə böyük turist axınının yaranmasının mümkünsüzlüyünə diqqət çəkib.