Məhsa Əmini haqqında məlumat yayan jurnalistlər ABŞ-la əməkdaşlıqda ittiham olunub- ÖZƏL
1 Avqust 2023 14:07 Dünyaİran məhkəməsi hicab qaydalarına əməl etmədiyi səbəbi ilə saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini haqqında süjet hazırladıqdan sonra iki qadın jurnalisti ABŞ-la əməkdaşlıqda ittiham edib.
Olaylar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Ədliyyə Təşkilatının sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Həbsdə olan iki qadın jurnalist Nilüfer Həmidi və Elahe Muhammediyə qarşı ittiham və məhkəmə prosesi ilə bağlı suala Setayeşi belə deyib: "İki jurnalistə, Nilüfer Həmidi və Elahe Muhammediyə qarşı ittihamın xanım Məhsa Əmininin ölümü və ya onların jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu iki şübhəli şəxs zaman-zaman düşmən Amerika hökuməti ilə əməkdaşlıq edirdi. Bununla bağlı hesabat yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq".
"Şark" qəzetinin əməkdaşı Nilüfer Həmidi Əmini komada olarkən xəstəxanaya gedərək vəziyyəti ictimaiyyətə açıqlayıb və qısa müddət sonra həbs edilib. "Hem Mihen" qəzetinin müxbiri Elahe Muhammedi ötən ilin sentyabrında Mahsa Əmininin dəfn mərasimi ilə bağlı reportaj hazırlamaq üçün Sakkız şəhərinə gedib və sonradan həbs edilib.