Anti-Ukrayna çıxışları ilə tanınan rus yazıçısına yüksək vəzifə verildi

Anti-Ukrayna çıxışları ilə tanınan və bu ilin mayında sui-qəsd cəhdi ilə üzləşən rusiyalı yazıçı Zaxar Prilepin Rusiya Qvardiyasının xüsusi təyinatlı alayının komandirinin hərbi-siyasi işlər üzrə müavini olacaq.

Olaylar.az Azpost.info-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Yelizaveta Kondakova bildirib.

Alay Donbas milislərinin daxil olduğu Rusiya Qvardiyasının birinci diviziyası olan "Oplot" batalyonunun bazasında yaradılacaq.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin vətəndaşlıq borcunu yerinə yetirərkən fədakarlığına görə Prilepini "Şücaət" ordeni ilə təltif edib. Putin mayın 6-da Nijni Novqorod vilayətində yazıçının avtomobilinin partladılması zamanı həlak olan "Oplot" batalyonunun hərbi qulluqçusu Aleksandr Şubini də ölümündən sonra təltif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31