Nigeriyada terror təşkilatının hücumu nəticəsində 11 dinc sakin həlak olub- ÖZƏL
1 Avqust 2023 12:33 DünyaBoko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirdiyi silahlı hücumda 11 dinc sakin həlak olub.
Olaylar.az xəbər verir ki, Boko Haram üzvləri Borno əyalətinin Kavuri kəndində əkin sahəsində işləyən insanlara silahlı hücum edib.
Hücum nəticəsində 11 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31