Həddindən artıq isti ilə əlaqədar iki günlük tətil qərara alınıb- ÖZƏL
1 Avqust 2023 12:21 DünyaAvqustun 2-3-ü İranda rəsmi tətil elan edilib.
Olaylar.az xəbər verir ki, İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin məzuniyyətə buraxılması qərara alınıb.
İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi özünün Twitter hesabında verdiyi açıqlamada, "Səhiyyə Nazirliyinin bu günlərdə görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq məqsədi ilə ölkə daxilində çərşənbə və cümə axşamı günləri tətil keçirmək təklifi olub. Qərar Nazirlər Şurası tərəfindən qəbul edilib"deyilib.
Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə hava istiliyinin 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31