Pekində güclü yağışlar 11 nəfərin həyatına son qoyub- ÖZƏL
1 Avqust 2023 12:20 DünyaÇinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirərkən, itən 27 nəfərin axtarışları davam edir.
Olaylar.az xəbər verir ki, güclü yağışlar Çinin paytaxtı Pekinin bir çox bölgəsində həyata mənfi təsir göstərir.
Pekin Şəhər Administrasiyasından verilən açıqlamada, paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işlərində iştirak edən 2 nəfərin də olduğu 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib. İtkin düşən 27 nəfərdən 4-nün Fanqşan kəndində axtarış-xilasetmə işləri aparan "Mavi Səma" xilasetmə qrupunun üzvü olduğu, digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyi bildirilib. İndiyədək paytaxtın 13 rayonunda 44 min 673 nəfər əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb, 127 min nəfər isə Pekində təhlükəsiz yerlərə təxliyə edilib.