Mühacirlərin üzən həbsxanaya yerləşdirilməsi ikinci dəfə təxirə salınıb- ÖZƏL
1 Avqust 2023 11:53 Dünyaİngiltərədə 500 kişi qaçqını qəbul etmək üçün hazırlanan Bibby Stockholm gəmisinə daşınacaq 50 nəfərlik ilk qrupun gəlişi ikinci dəfə təxirə salınıb.
Olaylar.az xəbər verir ki, Britaniya mediasının məlumatına görə, gəmiyə 50 kişi miqrantın gəlişi Dorset və Whiltshire Yanğınsöndürmə Briqadasının prosedurunda ilişib qalıb.
Keçən həftə ilk dəfə ləğv edilən mühacirlərin gəlişi, yanğınsöndürmə idarəsinin gəmidəki dəhlizlərin dar olması, gəminin hissəsində yalnız iki yanğın çıxışı olması ilə bağlı narahatlıqlarından sonra bu həftə ikinci dəfə gecikdi.
Britaniya mediasında bu həftə ərzində immiqrantların gətirilmə ehtimalının olduğu vurğulanıb.
Bu gün The Times qəzetində çıxan bir xəbərdə yanğınsöndürmə idarəsinin dünənki gəminin yanğın təhlükəsizliyi hesabatını hələ də təsdiq etmədiyi barədə məlumat var.
Qəzetin 2017-ci ildə 72 nəfərin ölümünə səbəb olan Grenfell Tower yanğınını xatırladaraq gəmi üçün "Üzən Grenfell ola bilər" ifadələrini işlədib. Daxili İşlər Nazirliyi isə son hazırlıqların qaydalara uyğun olaraq davam etdiyini açıqlayıb.