Ekstremal idmançı öz əcəli ilə öldü - FOTO

Sosial şəbəkələrdə Remi Eniqma kimi tanınan 30 yaşlı fransız ekstremal Remi Luçidi "Tregunter Tower" kompleksinin 68-ci mərtəbəsindən yıxılaraq ölüb.

Şəhərin mərkəzində rüsvayçılıq - Qız küçədə yaxınlaşdığı kişiyə... - VİDEO

Olaylar.az oxu.az-a istinadən bildirir ki, həmin şəxs axşam saat 18:00 radələrində binaya gəlib və mühafizəçiyə 40-cı mərtəbədəki dostuna baş çəkdiyini deyib. Həmin adam onu tanımadığını bildirdikdən sonra mühafizəçi Remini tutmağa cəhd edib, lakin həmin vaxt kaskadyor artıq liftdə olub.

Kişi sonuncu dəfə saat 19:38-də kompleksin penthausunun pəncərəsini döyəndə sağ görünüb. Xidmətçi polisə zəng vurub. Hüquq-mühafizə orqanları hesab edir ki, Luçidi qəzadan əvvəl penthausun kənarında qalıb və pəncərəni döyərək kömək istəyib. Çox güman ki, elə oradan da yıxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31