İyul ayı necə yadda qaldı?
1 Avqust 2023 10:29 DünyaBu ilin iyul ayı tarixin ən isti ayı olub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, bu, Şimali Amerika, Asiya və Avropanın böyük hissələrindəki istilik dalğaları ilə əlaqəlidir.
Məlumata görə, iyulun ilk 23 günü Yer səthinə yaxın havanın orta temperaturu 16,95 dərəcə selsi təşkil edib. Bu isə bütün 2019-cu ilin iyul ayı üçün qeydə alınan 16,63 dərəcə selsidən xeyli yüksəkdir.iyul
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31