Nazirliyin əməkdaşları üçün iPhone-a qadağa qoyublar- ÖZƏL

Rusiya Nəqliyyat Nazirliyinin əməkdaşlarına rəsmi ehtiyaclar üçün Apple avadanlıqlarından istifadə etmək qadağan edilib.

Olaylar.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin əməkdaşlarına Apple şirkətinin avadanlıqlarından rəsmi məqsədlər üçün istifadə etmək qadağan edilib. Bu barədə RİA Novosti məlumat yayıb. "Proses yalnız iş məsələləri ilə bağlı danışıqlar və yazışmalara aiddir", - deyə agentliyin mənbəsi vurğulayıb.

Bundan əvvəl Cənubi Afrika prezidentinin müşaviri Cozef Pu bildirmişdi ki, dünya hökumətlərinin nümayəndələri iPhone-dan imtina etməlidirlər. Onun fikrincə, hökumət nümayəndələrinə "iPhone" və "iPad"lərlə gəzməyə icazə verilməməli, ölkə prezidentləri isə bir anda bir neçə "Apple" cihazının əhatəsində olmamalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31