Ərdoğanla Putin arasında telefon danışığı olacaq

Avqustun 2-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Putinin Türkiyəyə mümkün səfər tarixi hələlik məlum deyil.

Telefon danışığının mövzusu, eləcə də digər təfərrüatlar açıqlanmır.

sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31