Dokusuri qasırğasında can itkisi artır- ÖZƏL

Filippində "Doksuri" qasırğası nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Olaylar.az xəbər verir ki, Filippində Doksuri qasırğasının yaratdığı fəlakət və qəzalarda həyatını itirənlərin sayı 25-ə yüksəlib.

Təxminən bir həftədir ölkəni öz təsiri altına alan tayfun bir çox şəhərlərdə həyata mənfi təsir edib. Xinhua agentliyinin xəbərinə görə, səlahiyyətlilər, əsasən torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayının 25-ə yüksəldiyini, ilk təsbitlərə görə 20 nəfərin itkin düşdüyünü açıqlayıb.

Ölkədə təxminən 2,4 milyon insanı təsir edən qasırğa səbəbindən 50 mindən çox insan təhlükəsiz yerlərə təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31