Polşa Belarusla sərhəddə snayperlər yerləşdirib- ÖZƏL

Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı Belarusla sərhəddə snayperlərin yerləşdirildiyini açıqlayıb. Bu barədə komandanlığın "Twitter"dəki mesajında ​​deyilir.

Olaylar.az xəbər verir ki, komandanlıq həmçinin Polşa-Belarus sərhədi yaxınlığında snayperlərin bir neçə fotosunu dərc edib. İyulun 29-da Polşanın baş naziri Mateuş Moravetski Vaqnerin özəl hərbi şirkətinin (PMC) 100-dən çox döyüşçünün Belarus və Polşa sərhədinə qədər irəlilədiyini açıqlayıb. Moravetskinin sözlərinə görə, Polşa rəhbərliyində "Vaqner" hərbi PMC-nin Suvalki dəhlizinə doğru hərəkət etdiyi barədə məlumat var. O qeyd edib ki, bu, Polşa ərazisinə növbəti hibrid hücuma doğru bir addımdır.

Moravetski bildirib ki, PMC döyüşçüləri özlərini Belarus sərhədçiləri kimi gizlədə və qeyri-qanuni miqrantların Polşaya daxil olmasına kömək edə bilərlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31