"Hicab bağlamayanlara səhiyyə xidmətinin göstərilməməsi qanuna müharibə elan etməkdir"- ÖZƏL

İranlı hüquqşünas Əli Müctəhidzadə hicabsız qadınlara tibbi xidmət göstərilməməsi ilə bağlı təkliflərə reaksiya verib və bunun inzibati sistem üçün çox təhlükəli və ağrılı nəticələri olacağını bildirib.

Olaylar.az xəbər verir ki, Müctehidzadə hicabsız qadınlara səhiyyə xidmətinin göstərilməməsini qanunla müharibə kimi qiymətləndirib.

Belə bir hadisənin idarəetmə sistemi üçün çox təhlükəli olduğunu və pis nəticələrə səbəb ola biləcəyini qeyd edən Müctehidzadə, "Cənablardan soruşmalısınız ki, bu hərəkətə görə kimsə ölübsə, bunun məsuliyyətini kim daşıyır? Maraqlıdır, deputatlar, "Yaxşılıq" ordeninin direktorları, yoxsa Səhiyyə Nazirliyinin başında duranlar? Görəsən, vətəndaşların başına bəla gətirən məsuliyyəti öz üzərinə götürməyə hazır olan varmı?" deyib. 

Digər tərəfdən, çörəkxana, aptek, bazar və ticarət mərkəzləri kimi bir çox iş yeri İranda hicab tələbinə əməl etməyən  qadınlara xidmət göstərdiyi üçün möhürlənib. İran dövlət televiziyasının xəbərinə görə, ölkənin şimalındakı Gilan əyalətində iki bank müdiri başını örtməyən qadınlara xidmət etdikləri üçün məhkəməyə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31