Ermənistanın İsraildəki sabiq səfiri və oğlu saxlanıldı
29 İyul 2023 19:14 DünyaErmənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan saxlanılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Qeyd edilib ki, onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31