Ukraynadakı münaqişə sülh yolu ilə həll edilməlidir
29 İyul 2023 12:16 DünyaCənubi Afrika prezidenti Siril Ramafosa hesab edir ki, Ukraynadakı münaqişə sülh yolu ilə başa çatmalıdır, çünki bu, hər iki tərəfin maraqlarına cavab verir.
Rusiya-Afrika Sammitində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna üzrə Afrika sülh missiyasının görüşündə çıxış edən Ramafosa bildirib ki, sülhün bərpası bütün bəşəriyyətin, eləcə də Rusiya və Ukraynanın maraqlarına cavab verəcək. O, bütün Afrika dövlətlərinin sülhün tərəfdarı olduğunu bildirib və əlavə edib ki, onların Moskvaya səfəri bunun göstəricisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31