Rusiyanın Belqorod vilayəti son sutka ərzində 42 dəfə atəşə tutulub
29 İyul 2023 12:10 Dünya"Ukrayna silahlı qüvvələri son 24 saat ərzində Rusiyanın Belqorod vilayətini 42 dəfə atəşə tutub".
Olaylar.az xəbər verir ki, bunu vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.
"Belqorod rayonunun Juravlyovka kəndinə 10 artilleriya mərmisi düşüb. Tələfat və dağıntı yoxdur. Şebekino şəhər dairəsində Leninski kəndi 16 dəfə minaatanlardan atəşə tutulub və Şebekino Beynəlxalq Avtomobil Sərhəd keçid məntəqəsində daha 16 minaatan hücumu edilib. Tələfat və dağıntılar barədə məlumat verilməyib" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31