Sinqapurda 20 ildə İLK DƏFƏ BAŞ VERƏN HADİSƏ

Sinqapurda son 20 il ərzində ilk dəfə narkotik daşımaqda təqsirli bilinən qadına qarşı ölüm hökmü icra edilib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Sinqapurun Narkotiklərlə Mərkəzi Mübarizə Bürosu yayıb.

Qeyd olunur ki, 45 yaşlı sinqapurlu qadına çıxarılan ölüm hökmü onu asmaqla icra edilib.

O, 2018-ci ildə 30 qram heroin daşıdığına görə həbs edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31