Ukraynalı deputatlar Rusiyanın YUNESKO-dan çıxarılmasını tələb ediblər- ÖZƏL
28 İyul 2023 16:39 DünyaAli Rada Rusiya Federasiyasının təşkilatdan çıxarılması xahişi ilə YUNESKO-ya müraciət edib.
Ukrayna Ali Radası növbəti dəfə UNESCO-ya Rusiyanın təşkilatdan çıxarılması xahişi ilə müraciət göndərib. Bu barədə deputat Yaroslav Jeleznyak Telegram kanalında məlumat verib. "Ali Rada Rusiya Federasiyasının YUNESKO-ya və onun strukturlarına üzvlükdən məhrum edilməsi ilə bağlı YUNESKO-ya müraciət edir". Deputatın sözlərinə görə, Rada beynəlxalq təşkilatdan iki şəhərdə Ümumdünya İrs Siyahısına dəyən zərərin qiymətləndirilməsi üçün Ukraynaya missiyalar göndərməyi xahiş edib. Kiyev hakimiyyətinin məlumatına görə, iyulun 23-nə keçən gecə rus qoşunları Odessada YUNESKO-nun himayəsində olan Transfiqurasiya kilsəsinə hücum edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31