"Ana olmağıma peşmanam, "Netflix"ə baxdığım günlər üçün darıxmışam"
28 İyul 2023 15:32 DünyaBöyük Britaniyada yenicə ana olan qadın əvvəlki həyatına qayıtmaq istədiyini vurğulayıb.
Olaylar.az dailymail-ə istinadən xəbər verir ki, yeni ana olmuş qadın "momsnet" portalı üzərindən form keçirib. O, əvvəlki kimi netfliksə baxmaq və tək vaxt keçirməkdən ötrü çox darıxdığını müfəssəl şəkildə etiraf edib.
"Tək olanda daha xoşbəxt idim, evdən işləyirdim, istədiyim kimi səyahət edirim, istədiyim vaxt gəzməyə çıxıb, çöldə nahar edirdim. Düzdür körpəmi bu dünyada hər kəsdən çox sevirəm, o çox şirin, sevimlidir, amma ana olmağın bu qədər çətin olacağını gözləmirdim. Rahat və müstəqil deyiləm. Hər zaman tətikdəyəm, stress və gərginlik altında həyatıma davam edirəm, əvvəlki kimi azad olmaq istəyirəm. Sadəcə oturub dincəlməyi və heçnəylə məşğul olmamağı arzulayıram." deyə qadın bildirib.
Digər daha təcrübəli analardan məsləhət istəyən qadının sorğusuna isə cavablar müxtəlif olub. Bəziləri çətinliyin müvəqqəti olduğunu, onun da tezliklə rahatlıq tapacağını qeyd ediblər. Digərləri isə "hələ bu harasıdır, görəcək günlərin qabaqdadır." tipli mövqelərlə çıxış ediblər.
Milli.Az