Ukraynada müharibə turizmi birtərəfli qarşılanmayıb- ÖZƏL

Müharibənin davam etdiyi Ukraynada bəzi şirkətlərin "müharibə turizmi"ni işə salması yeni müzakirələri də özü ilə gətirib.

Bir ildən artıqdır Rusiya ilə müharibədə olan Ukraynada yeni debat başlayıb.

Olaylar.az xəbər verir ki, turistləri Ukraynaya səfər etməyə və müharibənin ortasında yaşamağın necə olduğunu görməyə dəvət etməklə şirkətlər ölkədə yeni müzakirələrə səbəb olub.  Ölkədə mübahisəli məsələ olan müharibə turizmi bəziləri tərəfindən müharibə qurbanlarına hörmətsizlik kimi qiymətləndirilsə də, bəziləri tərəfindən tarixi xatırlamaq və ondan ibrət götürmək üçün vacib olduğuna inanır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31