ABŞ, Çini Rusiyaya pilotsuz uçuş aparatları verməkdə ittiham edib- ÖZƏL
28 İyul 2023 14:24 DünyaOlaylar.az xəbər verir ki, ABŞ kəşfiyyatı hesabatında bildirib ki, Rusiyaya Ukraynada istifadə olunan texnologiyanı Çin verir. Sənədə əsasən, Çin Rusiyaya 12 milyon dollardan çox dron və onların hissələrini tədarük edib. Kəşfiyyat məlumatlarına görə, Çin müdafiə şirkətləri rusları digər ikili təyinatlı avadanlıqlarla da təmin edib.
Bundan əvvəl ABŞ Ticarət Departamenti Rusiyadan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı məlumatlara görə İrana ixrac məhdudiyyətlərini sərtləşdirib.
Məlumatda deyilir ki, Vaşinqtonun fikrincə, Ukraynada istifadə olunan dronların Rusiyaya tədarükü ilə bağlı Tehran yeni ixrac nəzarətinə məruz qalır. Nazirlik bu addımın ABŞ-ın milli təhlükəsizlik və beynəlxalq siyasət sahəsində maraqlarına zidd olduğunu vurğulayıb.