Yer kürəsi qovrulur, tarixi rekord qırılır- ÖZƏL
28 İyul 2023 12:47 DünyaQlobal iqlim böhranı, səhlənkarlıq, həddindən artıq isti və külək bu il Avropada fəlakətlərə səbəb olub.
Olaylar.az xəbər verir ki, Xorvatiya, Portuqaliya, İspaniya, Türkiyə və Yunanıstan kimi ölkələr həddindən artıq istilər və nəzarət oluna bilməyən meşə yanğınları ilə mübarizə apararkən, ekspertlər iyulun "ən isti ay" ola biləcəyini açıqlayıblar. Bu ilin iyunu 174 illik rekordu qıraraq "tarixin ən isti ayı" kimi qeydə alınıb, lakin ekspertlər iyulun bu rekorda bərabər ola biləcəyini, hətta onu da keçə biləcəyini açıqlayıblar.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş alimlərlə görüşdən sonra 2023-cü ilin iyulunun ən isti ay ola biləcəyini açıqlayıb. Ağrılı bir rekordun qırılacağını deyən Quterreş, "Bunu görmək üçün bu ayın sonunu görməyə ehtiyacımız yoxdur. Son bir neçə gündə kiçik Buz Dövrü yaşayan 2023-cü ilin iyulu tarixin ən isti ayı kimi tarixə düşəcək. İqlim dəyişikliyi buradadır. Bu qorxulu bir şeydir və bu yalnız başlanğıcdır. Qlobal qaynama dövrü gəlib çatıb", - deyib. Aİ məlumatlarına görə, bu ayın 2019-cu ilin iyulundan 0,2 dərəcə isti olacağı gözlənilir. Tarixdə ən isti iyul 2019-cu ildə qeydə alınıb.