Səudiyyə Ərəbistanından Danimarkaya etiraz notası- ÖZƏL

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Danimarkada radikal bir qrupun Quranı yandırmaq, İslam və müsəlmanlara qarşı irqçi şüarlar səsləndirmək kimi hərəkətlərinin daha əvvəl də pisləndiyi bildirilib.

Olaylar.az xəbər verir ki, açıqlamada Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verildiyi, beynəlxalq normalara, qanunlara uyğun gəlməyən bu cür biabırçı hərəkətlərin qarşısının alınması üçün Danimarkadan istənildiyi vurğulanıb. 

"Səudiyyə Ərəbistanı dinlər arasında nifrət yayan bu hərəkətləri qəti şəkildə rədd edir", -deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Danimarkada İslam əleyhdarı və ifrat millətçi "Danske Patrioter (Danimarka Patriotları)" qrupunun üzvləri Quranı yandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31