Türkiyədə yaşayış binası uçdu: yaralılar var

Türkiyənin Kilis şəhərində zəlzələ zamanı zərər görmüş yaşayış binası uçub.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb.

Məlumata görə, dağıntılar altında qalan 3 nəfər xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir.

Axtarışlar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31