Rusiyanın neft və qaz avadanlıqlarının Afrika üçün yeni standartları hazırlanacaq - ÖZƏL
27 İyul 2023 16:52 Dünya"Rusiya və Afrika ölkələri Rusiyadan regiona tədarük edilən neft və qaz avadanlıqları üçün birgə standartlar hazırlaya bilər".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.
"Rusiya və Afrika arasında postsovet dövründə donmuş texnoloji tərəfdaşlıq indi yenidən aktuallaşır. Hesab edirəm ki, bu, çox perspektivli bazardır və mən həm generasiya qurğularının modernləşdirilməsi, tikintisində, həm də geoloji kəşfiyyatda böyük perspektivlər görürəm. Neft-qaz avadanlığı üçün standartların birgə işlənməsi ayrıca istiqamətə çevrilə bilər" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31