Maldiv adalarında istirahət edən deputat işdən çıxarılıb

Rada deputat Aristovu Maldiv adalarında tətili ilə bağlı qalmaqaldan sonra səlahiyyətlərindən məhrum edib.

Olaylar.az xəbər verir ki,  Ukrayna Ali Radası prezidentyönlü "Xalq qulluqçusu" fraksiyasının deputatı, parlamentin milli təhlükəsizlik komitəsinin sədr müavini Yuri Aristovun qalmaqallı məzuniyyətə getdiyinə görə mandatının ləğvinə səs verib. "Rada Ukraynanın xalq deputatı Aristov Yuriyin parlament səlahiyyətlərinə xitam verilməsini dəstəkləyib", -deyə  parlamentari yazıb. Aristov Maldiv adalarında mehmanxanada istirahət edərkən çəkilən şəkillərin mediaya yayılmasından sonra qalmaqalın mərkəzində olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31